Xankəndinin tarixi
Xankəndinin 270 illik tarixi var. Bu şəhər XVIII əsrin axırlarında Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. İlk illər burda yalnız azərbaycanlılar yaşayıb. 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Məhz bundan sonra Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələri yerləşdirilir.
1847-ci ildə artıq Xanın kəndində 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.
Elə 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.
1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərir.
Məqsədli yeridilən etnik siyasət nəticəsində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.
1918-1920-ci illərdə müstəqil Azərbaycanın Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu. 1988-ci ildə 15 min azərbaycanlı Xankəndidən didərgin düşüb. 1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında şəhəri tərk etməli olub. 2023-cü ilin sentyabrında Xankəndi düşməndən azad olundu.