“Zəhmli polkovnik” Sadir Məmmədovla səmimi söhbət

Bugünkü müsahibimiz hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Sadir Surxay oğlu Məmmədovdur. Oxucularımızın böyük əksəriyyəti onu “Zəhmli polkovnik” kimi Qarabağdakı döyüş fəaliyyəti dövründən tanıyır.

– Xoş gördük, Sadir müəllim!

– Salam! Xoş gününüz bol olsun!

– Sadir müəllim, sizin Qarabağ münaqişəsinin başlanğıcı və I Qarabağ müharibəsindəki fəaliyyətiniz oxucularımıza məlumdur. Biz sizin oxucularımıza məlum olmayan fəaliyyəti maraqlandırır. Ona görə də ilk sualmız belə olacaq. Sizin “Zəhmli polkovnik” imicinizin formalaşmasında hansı hadisələrin rolu oldu? Belə bir adın sizin üçün nə qədər əhəmiyyətli olduğunu düşünürsünüz?

– (Gülümsəyir) Mən “Zəhmli polkovnik” adını heç vaxt özüm seçməmişəm, amma bu ad mənim döyüş meydanındakı davranışımın və qərarlarımdan sonra ortaya çıxıb. Mənim üçün ən önəmlisi, bu adın yalnızca döyüşdəki və döyüşdən sonrakı dövrdə tabeliyimdə olan əməkdaşlara göstərdiyim rəhbərlik və qayğı ilə bağlı olmasıdır. Mənim üçün ən böyük mükafat onların həyatda qalması və təhlükəsizliyi olmuşdur.

– Sadir müəllim, hazırda Bakı Slavyan Universitetinin dosenti vəzifəsində gənclərəimizin təhsili ilə məşğulsunuz. Məsələ, burasındadır ki, bir çoxları sizi hərbçi, polis, bir sözlə, güc strukturunun təmsliçisi kimi tanıyır. Sizi pedaqoji fəaliyyətə cəlb edən əsas səbəb nədir?

– Mənim elə ilk və baza təhsilim pedaqoji yönümlüdür (Gülümsəyir). 1967-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuş, 1972-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurmuşam. Mənim güc strukturlarındakı fəaliyyətim hərbi xidmət illərimdən sonraya təsadüf edir.

5366571270419903939

– Hərbi və polis sahəsindəki təhsilinizdən başqa, digər akademik təhsil və ya ixtisaslaşmalarınız varmı?

– Bəli, mən bir pedaqoq kimi müəllimin daim öz üzərində çalışmasından və əlavə təhsilin imkanlarından istifadə edib peşəkar fəaliyyət üçün zəruri təcrübən qazanılmasının lazım olduğuna inanıram. Mən hazırda Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü, həmçinin professoruyam.

5366571270419903940 5366571270419903941

– Sadir müəllim, xüsusi ilə gənclər arasında liderlik və hüquq sahəsindəki biliklərin artırılması, əlbəttə ki, çox vacibdir. Sizcə, hüquq təhsili ilə bağlı hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?

– Təhsil sahəsində ən vacib məsələlərdən biri hüquqşünasların yalnız nəzəri biliklərlə deyil, həm də praktik bacarıqlarla təchiz edilməsidir. Bizim gənclərimiz yalnız nəzəriyyəni öyrənməklə kifayətlənməməli, eyni zamanda real həyatdakı hüquqi məsələlərə də hakim olmalıdırlar. Ermənilərin Azərbaycana qarşı törətdikləri işğalçı hərəkətlər, terror və soyqırımı aktları, həmçinin beynəlxalq hüququn pozulması, hüquqşünaslarımıza bu cür münaqişə və təcavüzkar təcrübələrə qarşı düzgün hüquqi mövqe formalaşdırmağın vacibliyini bir daha göstərir. Bu tip hadisələr, gənclərimizin yalnız hüquqi nəzəriyyəni deyil, həm də beynəlxalq hüquq, insan haqları və müharibə hüququ sahələrində dərindən məlumatlı olmalarını tələb edir. Gənclərimizin bu cür məsələlərdə hüquqi təhlil bacarıqları inkişaf etdikcə, ölkəmizin hüquqi müdafiəsi daha da güclənəcəkdir.

– Sizin fikrinizcə, Azərbaycanın hüquqi müdafiəsində ən önəmli elementlər hansılardır?

– Düşünürəm ki, Azərbaycanın hüquqi müdafiəsi üçün ən vacib elementlərdən biri beynəlxalq hüququn düzgün tətbiqi və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, tələbələrimizin bu sahədə tədris materialları ilə zənginləşdirilməsi və bu istiqamətdə ixtisaslı biliklər əldə etmələridir.

– Sadir müəllim, çox sağ olun. Bu maraqlı və faydalı söhbət üçün təşəkkür edirik. Gələcəkdə uğurlarınızın davamını arzu edirik!

– Mən də sizə təşəkkür edirəm. Bütün gənclərimizə uğurlar arzulayıram və hər zaman onların inkişafına dəstək olmaqdan məmnunam.

Müsahibəni apardı: Amid Kərimov