Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu əlamətdar gün münasibətilə Qarabagxeber.az saytının redaksiyası və oxucuları adından Mehriban xanım Əliyevanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Mehriban xanım Əliyevanın uzun illər ərzində Azərbaycan mədəniyyətinin və milli-mənəvi irsimizin qorunması və beynəlxalq miqyasda təbliği, təhsil, səhiyyə, sosial və humanitar sahələrdə həyata keçirilən təşəbbüslərə verdiyi töhfələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Xüsusilə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, həssas sosial qruplara göstərilən diqqət və qayğı, eləcə də işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi istiqamətində görülən işlərdə fəal iştirakı Mehriban xanım Əliyevanın fəaliyyətində mühüm yer tutur.

Doğma Qarabağımızın və Şərqi Zəngəzurun yenidən qurulduğu, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtdığı bir dövrdə ölkəmizin ictimai-siyasi və humanitar həyatında göstərdiyi fəaliyyətin bundan sonra da Azərbaycan xalqının rifahına xidmət etməsini arzulayırıq.

Hörmətli Mehriban xanım!

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayırıq. Azərbaycan naminə fəaliyyətinizdə daim uğurlar Sizinlə olsun!

Dərin hörmətlə,
Qarabagxeber.az