Britaniyadan Ukraynaya 3 milyardlıq dəstək

Böyük Britaniya müdafiə ehtiyacları üçün Ukraynaya 2,26 milyard funt sterlinq (təxminən 3 milyard ABŞ dolları) məbləğində kredit verir.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz müvafiq saziş imzalayıblar.

İmzalanma mərasimi onlayn rejimdə baş tutub. Tədbirdə Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Keyr Starmer iştirak ediblər.