Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov yazır
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov söyləyib ki, Qarabağdan namizəd olub, elə orada da səs toplayıb, mandat almaq qürurvericidir:
“30 ildən sonra ilk dəfə Parlament seçkiləri həm də işğaldan azad olunmuş ərazilərdə keçirləcək. Kim Qarabağın hansı ərazisindən namizəd olacaqsa, elə orada da təbliğat-təşviqat işlərini aparacaq. Elə burada da səs toplayıb, mandat almaq qürurvericidir. Şuşada, Xocalıda, Əsgəranda seçki dairələri var. Biz də orada əhalimizlə təbliğat işlərini aparacağıq”.